Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən pirotexniki vasitələr və dərman preparatları müsadirə olunub

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən pirotexniki vasitələr və dərman preparatları müsadirə olunub
11:57 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 11:54 ]

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bayram günləri öncəsi mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malların Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdlər artır və bu kimi halların qarşısı qətiyyətlə alınır.

 

Belə ki, Dövlət Gömrük Komitəsi Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən “Sədərək” Ticarət Mərkəzi ərazisində Nəzərov Məftun Adil oğluna məxsus “Ford Transit” markalı nəqliyyat vasitəsindən külli miqdarda, 378 000 ədəd müxtəlif markalı pirotexniki vasitələr - petardalar aşkar olunaraq götürülüb.

 

Xaçmaz Gömrük İdarəsi əməkdaşları tərəfindən isə külli miqdarda dərman preparatlarının ölkəyə gətirilməsinin qarşısı alınıb. “Samur” Gömrük Postunda Rusiyadan Azərbaycana gələn yük avtomobilindən Azərbaycan vətəndaşı Yusifov Naib Əliastan oğlunun gömrük orqanına bəyan etmədiyi 31 200 konvalyut dərman preparatları aşkar edilərək götürülüb. 

 

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR