“Neftçi”nin icraçı direktoru ECA-nın İngiltərədə təşkil olunacaq iclasında iştirak edəcək

“Neftçi”nin icraçı direktoru ECA-nın İngiltərədə təşkil olunacaq iclasında iştirak edəcək
17:23 14 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
İngiltərənin Mançester şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun ilk iclası təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, işçi qrupunun sədri Ed Vudvardın adından Bakının “Neftçi” futbol klubuna ünvanlanmış məktubda komandanın icraçı direktoru Elnur Məmmədovun iclasa dəvəti öz əksini tapıb. Klub rəsmisi adı çəkilən tədbirə qatılmaq üçün dekabrın 14-də İngiltərəyə səfər edib.
İclas dekabrın 15-də “Old Trafford” stadionunda keçiriləcək. İşçi qrupunun üzvləri arasında İspaniyanın "Real”, İtaliyanın "Milan”, Almaniyanın "Bayern” (Münhen), İngiltərənin “Arsenal” kimi klublarının nümayəndələri də var.
Bir müddət əvvəl ECA-nın İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq etmişdi. Assosiasiyanın “Marketinq və Kommunikasiya qrupu”nda “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov da yer almışdı.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchinin_icrachi_direktoru_ECA_nin_Ingilterede_teskil_olunacaq_iclasinda_istirak_edecek-911155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR