Bakı, 14 dekabr, Aygün Həsənova, AZƏRTAC
Azərbaycanın tanınmış caz pianoçusu Elçin Şirinov Yunanıstanın paytaxtı Afinada keçirilən “5th Greek Jazz Panorama” festivalinda çıxış edib.
E.Şirinov AZƏRTAC-a bildirib ki, konsertdə görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin, Qara Qarayevin əsərləri və Azərbaycan xalq mahnıları caz aranjimanında ifa olunub.
Konsertdə Elçin Şirinovu udda Alekos Vretos, kontrabasda Dimitris Christopoulos , zərb alətlərində isə Dimitris Klonis müşayiət ediblər.
Azərbaycan musiqisi və caz ənənəsi yunan tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.