ABŞ "Günəşli"dəki qəzanın təhlili və bərpa işləri ilə bağlı köməyini təklif edir

ABŞ "Günəşli"dəki qəzanın təhlili və bərpa işləri ilə bağlı köməyini təklif edir
18:03 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

ABŞ-ın xüsusi elçisi və Beynəlxalq Enerji Koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.

Trend Azərbaycan Energetika Nazirliyinin saytına istinadən məlumat verir ki, A.Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.

"Bu ağır günlərdə Amerika Birləşmiş Ştatları sizin kədərinizi bölüşür", - deyə A.Hokstayn qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: “ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (BSEE) Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR