Qonşu valyutanın dəhşətli iflası (FOTO)

Qonşu valyutanın dəhşətli iflası (FOTO)
18:16 14 Dekabr 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

Kazaxıstanın milli valyutası tenqenin məzənnəsi tarixi üzrə ən aşağı qiymətə enib.

ANS PRESS-in məlumatına görə, tenqenin məzənnəsi Qazaxıstan fond birjasında bazar ertəsi 1 ABŞ dolları 322,47 tenqeyə satılıb ki, bu da 11 dekabrla müqayisədə dolların 10,55 tenqe bahalaşması deməkdir.

Sonuncu dəfə tenqenin məzənnəsinin bu qədər aşağı qiymətə düşməsi 9 noyabrda qeydə alınıb. O zaman 1 ABŞ dolları 312,65 tenqeyə bərabər idi.

Qazaxıstan bu ilin 20 avqustundan üzən məzənnə sisteminə keçib. Keçən ilin fevral ayında isə Qazaxıstan milli valyutası 20 %-lik devalyasiyaya məruz qalıb.

Ölkənin Milli Bankı Qazaxıstan təngəsinin məzənnəsini bir dollar 185 tengə civarında saxlayıb.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkənin üzən məzənnə rejiminə keçməsinə səbəb kimi Qazaxıstan biznesini göstərib.

Bu gün Rusiyanın milli valyutası, rublun məzənnəsində də dəyişikliklər var. Bu ölkədə 1 ABŞ dolları bahalaşaraq 70 rubl olub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367256

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR