ABŞ-dan Azərbaycana kömək məktubu

ABŞ-dan Azərbaycana kömək məktubu
18:26 14 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ –ın xüsusi elçisi və beynəlxalq enerji koordinatoru Amos Hokstaynın “Günəşli” yatağındakı qəza ilə əlaqədar göndərdiyi məktubla bağlı müzakirələr aparıldıqdan sonra qərar veriləcək”.

Bu sözləri ANS PRESS-ə Energetika Nazirliyininmətbuat xidmətinin rəhbəri Zəminə Əliyeva deyib.

Onun sözlərinə görə, qəzanın təhlili və bərpa işləri ilə əlaqədar kömək təklifi energetika naziri Natiq Əliyevlə bərabər SOCAR rəhbəri Rövnəq Abdullayevə də göndərilib. “Onlar başsağlığı verib, köməklərini təklif ediblər. Bu təklifin qəbul edilib – edilməyəcəyi ilə bağlı dəqiq bir qərar verilməyib. Amma bu təklif müzakirə olunacaq”.


Zəminə Əliyeva - Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri


ABŞ-ın xüsusi elçisi və beynəlxalq enerji koordinatoru Amos Hokstayn energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib. Amos Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib. “Bu ağır günlərdə Amerika Birləşmiş Ştatları sizin kədərinizi bölüşür”,– deyə A.Hokstayn qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: “ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (BSEE) Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır”.


Amos Hokstayn - ABŞ-ın xüsusi elçisi və Beynəlxalq Enerji Koordinatoru


Dekabrın 4-ü axşam saatlarında “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə güclü yanğın hadisəsi baş verib. SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.


Platformada yanğının fotosu

Rəsmi məlumata görə hadisə baş verən zaman platformada 63 nəfər olub. Onlardan 1-i dünyasını dəyişib, 33 nəfər təxliyyə olunub. 23 nəfərin taleyi isə hələlik naməlumdur. Onlar itkin düşmüş elan edilib. Bir neçə gün əvvəl itkin düşənlərdən 6 nəfərin cəsədi dekabrın 7-də tapılıb. Onlar platformadan 65-70 kilometr aralıda tapılıb.

Hazırda axtarışları davam etdirilən şəxslər isə bunlardı:

1 Qasımov İman Şura o. 01.12.1967
2 Qasımov Mübariz Dilqəm o. 21.01.1958
3 Rzaxanov Edik Rivazin o. 15.01.1983
4 Babazadə Tural Fətəli o. 01.09.1993
5 Quliyev Əzizağa Nöhbala o. 16.09.1953
6 Rəsulov Elşad Balaoğlan o. 24.03.1971
7 Qasımov Bayram Mirzəağa o. 20.03.1978
8 Abdullayev Adil Ələkbər o. 19,02,1953
9 Əbdüləzizov Əbdüləziz İsmayıl oğlu 30.01.1954
10 Şirəliyev İzzət Qəmbər o. 10.05.1973
11 Nəcməddinov Qəmərşah Nəcməddin o. 20.09.1978
12 Niyazov Seyfəddin Abil o. 09.02.1968
13 İskəndərov İnqilab Osman o. 29.11.1957
14 Mayborda Oleq Akimoviç 21.11.1971
15 Əhmədov Çanbaxış Əhməd o. 21.02.1962
16 İbrahimov Xalid Bəşir o. 12.08.1971
17 Həsənov Zaur Vahid o. 24.12.1975
18 Cəriyev Vəli Kiçikağa o. 22.04.1967
19 Hüseynov Bəhlul Sirac o. 25.11.1969
20 Səmədov Xoşbəxt Xanış o. 26.09.1981
21 Xəlilov Zaur Arif o. 15.09.1975
22 Sahmarov Sahib Güloğlan o. 02.08.1973
23 Əliyev Əyyub Xəlil o. 22.07.1973

Bundan əlavə dekabrın 4-də saat 12.30 radələrində “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə də qəza verib. Güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb. Bu zaman budkada buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdi oğlu Xudaverdiyev, səyyar aqreqatın matorçuları-1961-ci il təvəllüdlü Bəhmən Nadir oğlu Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Nadir oğlu Məmmədov olub.
Onların da axtarışı davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR