Bakıda "1C" firmasının ilk tərəfdaşlıq seminarı keçiriləcək

Bakıda "1C" firmasının ilk tərəfdaşlıq seminarı keçiriləcək
18:28 14 Dekabr 2015
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 18-də Bakıda "1C" firmasının ilk tərəfdaşlıq seminarı keçiriləcək.
"ICgroup" firmasından AZƏRTAC-a bildiriblər ki, tədbir 1CAFA (1С Azərbaycan Françayzi Assosiasiyası) ilə birgə təşkil olunub.
Tərəfdaşlıq seminarları ənənəvi olaraq 1C firması və 1C:Françayzi tərəfdaşının qarşılıqlı fəaliyyətinin daha səmərəli formalarından biri hesab edilir. Seminarın əsas məqsədi 1C:Françayzi şirkətlərinə yeni məlumatları əldə etmək imkanı yaratmaqla yanaşı, 1C:Müəssisə sistem proqramlarından istifadə etməklə avtomatlaşdırma sahəsində öz təcrübəsini bölüşmək, təlim və 1C firmasının proqram məhsullarının irəliləyişi və françayzinq biznesinin təşkilidir.
Seminarın proqramında biznes məsələləri ilə əlaqədar satış, dəstək, 1C:Müəssisə proqramının tətbiqi və Azərbaycan bazarında xidmətlər, həmçinin təlim və kadrların hazırlanması məsələləri üzrə 1C firması və tərəfdaş şirkətlərin əməkdaşlarının çıxışları nəzərdə tutulur. Eyni zamanda, tədbirdə tərəfdaşların suallarının cavablandırılması üçün vaxt ayrılması planlaşdırılır.
Tədbirin tərəfdaşlıq hissəsindən sonra müştərilər üçün "Qeyri-sabit iqtisadi vəziyyət şəraitində şirkətlərin sabitliyinin artımı" adlı seminar keçiriləcək. Seminar istifadəçiləri 1C:Müəssisə sisteminin xidmətləri və məhsulları ilə daha yaxından tanış etmək, onların köməyi ilə müəssisənin idarəedilməsi effektivliyinin artırılması imkanını, hesabın təşkilini, maddi və maliyyə resurslarının təhlilini və nəzarətini nümayiş etdirmək məqsədi daşıyır.
Qeyd edək ki, 2003-cü ildən Azərbaycan bazarında fəaliyyət göstərən "ICgroup" 2006-cı ildən IT konsaltinq üzrə xidmətlər təklif edir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida__quot1C_quot_firmasinin_ilk_terefdasliq_seminari_kechirilecek-911190

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR