Yapon robotları Fransa vağzallarında işləyir

Yapon robotları Fransa vağzallarında işləyir
18:58 14 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Nomura Elmi-Tədqiqat İnstitutunda (“Nomura Research Institute”) işləyən analitiklərin proqnozuna görə, 2035-ci ilədək robotlar Yaponiyada ixtisasların yarısına yiyələnəcəklər. Hələ ki bu tarixə 20 il var və artıq indi Fransada “Pepper” robotlarını iş başında görmək mümkündür.
AZƏRTAC “ixbt.com” saytına istinadən bildirir ki, pilot layihə çərçivəsində 3 ədəd “Pepper” robotu Fransanın 3 müxtəlif dəmir yolu stansiyasında işləyəcək. Bu robotlar vağzala gələnlərə qatarların hərəkət cədvəlləri haqda məlumat və başqa turizm informasiyası verəcəklər.
Sözügedən layihə 3 ay müddətinə nəzərdə tutulub və bundan sonra Fransa Milli Dəmir Yolları başqa vağzallarda belə robotlara iş verilməsi ilə bağlı qərar qəbul edəcək.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR