“Toshiba” Rusiya bazarından çıxır

“Toshiba” Rusiya bazarından çıxır
19:03 14 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 noyabr, Nihad Budaqov, AZƏRTAC
Yaponiyanın texnologiya şirkəti “Toshiba” rus rublunun dəyərinin həddindən artıq dəyişkənliyi ilə əlaqədar Rusiyadakı televiziya və mətbəx texnikasının satışını dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” qəzetinə müsahibəsinə “Toshiba Rusiya”nın baş direktoru Hiroaki Tezuka məlumat verib. O bildirib ki, “Toshiba” Rusiyada bundan sonra “Russian Mail”, “Sberbank” və “Power Machines” şirkətləri ilə birgə icra etdikləri müəyyən layihələrdə fəaliyyətini davam etdirəcək.
“Toshiba” Rusiyanın televiziya satışı bazarında 10 faizlik paya sahib idi.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Toshiba_Rusiya_bazarindan_chixir-911205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR