“London Language and Business School” Sumqayıtda

“London Language and Business School” Sumqayıtda
19:03 14 Dekabr 2015
37 Digər
Ölkə mətbuatı
A- A+


Sumqayıt, 14 dekabr, AZƏRTAC
Sumqayıtda London universitetlərinin tədris təcrübəsi əsasında fəaliyyət göstərən “LLBS - London Language and Business School”un yeni ofisinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, mərkəz ilk dəfə qeyri-universitet olaraq 1 illik “A-level Foundation” ingilis dili proqramının tədrisini həyata keçirəcək. Bu proqram imkan verir ki, 1 il ərzində istənilən şəxs ingilis dilini akademik səviyyədə öyrənsin və İELTS sertifikatı alsın. LLBS 10-dan artıq London universitetinin tərəfdaşıdır. Bu proqramı tam bitirən tələbələr 10-dan çox London universiteti tərəfindən heç bir imtahansız qəbul məktubu alacaqlar.
Açılış tədbirində çıxış edən LLBS-in direktoru Orxan Həsənov İngiltərədə yaşadığı illərdə aldığı təhsil təcrübəsindən, Sumqayıt şəhərinə gətirmək istədiyi yeniliklərdən danışıb. Qeyd edilib ki, düzgün təhsil cəmiyyətin inkişafının ən doğru yoludur. LLBS-in amalı insanlara düzgün təhsil verməkdir. Bunun üçün peşəkar, ingilis dilini və digər ixtisasları mükəmməl bilən kadrlar bir araya gətirilib.
Daha sonra mərkəzlə tanışlıq olub.
Qeyd edək ki, mərkəzdə ingilis və rus dilləri, mühasibat uçotu, ofis proqramı kursları, gənclər üçün ödənişsiz fərdi inkişaf təlimləri keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/London_Language_and_Business_School_Sumqayitda-911204

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR