Yer kürəsi sakinləri dekabrın 15-nə keçən gecə heminidləri müşahidə edəcəklər

Yer kürəsi sakinləri dekabrın 15-nə keçən gecə heminidləri müşahidə edəcəklər
19:18 14 Dekabr 2015
69 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-dən 15-nə keçən gecə hər il müşahidə olunan ən parlaq və güclü meteor axınlarından birini - heminidləri izləmək mümkün olacaq.
AZƏRTAC “msk.kp.ru”ya istinadla xəbər verir ki, “axan ulduzların” çoxu dekabrın 14-də Bakı vaxtı ilə saat 22-də müşahidə olunacaq.
Astronomların proqnozuna görə, bu il səma yerə saatda 120 ulduz yağdıracaq, bu isə bir dəqiqədə iki ulduz deməkdir.
Qeyd edək ki, Heminidlər dekabrın ortalarında müşahidə olunan ənənəvi meteor yağışıdır. XIX əsrin sonunda kəşf edilən bu təbiət hadisəsi haqlı olaraq Yer kürəsində ən güclü meteor axınlarından biri sayılır. Dəqiq məlum deyil, amma bəzi təxminlərə görə, o, Fayton asteroidinin şleyfidir. Uzun illər astronomlar hesab edirdilər ki, Fayton sadəcə çox böyük asteroiddir, çünki onun tərkibində buzlaq izləri aşkar olunmayıb. Amma sonralar tədqiqatçılar müəyyən ediblər ki, kometada buzlağın olmaması onun uçuş trayektoriyasının Günəşə yaxın olması ilə bağlıdır. Buna görə də onu “sönmüş”, yaxud “daş” kometa adlandırıblar. Bu gün Yer kürəsi sakinlərinin müşahidə edəcəkləri qeyri-adi meteorit yağışını da məhz bu “sönmüş” kometa yaradır.
Qeyd edək ki, Faytonun kometa olması bu yaxınlarda təsdiq edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yer_kuresi_sakinleri_dekabrin_15_ne_kechen_gece_heminidleri_musahide_edecekler-911211

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR