Analitiklər: hazırki vəziyyətdə 36,40 dollar “Brent” üçün psixoloji həddir

Analitiklər: hazırki vəziyyətdə 36,40 dollar “Brent” üçün psixoloji həddir
19:18 14 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 14 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Brent” markalı xam neftin bir barrelinin qiyməti bu gün 36,83 dollaradək ucuzlaşaraq son 7 ildə ən aşağı qiymətə satılıb. Analitiklər hazırki vəziyyətdə 36,40 dollar səviyyəsinin psixoloji hədd olduğunu bildirirlər.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) neft təklifindəki artımın gələn ildə davam edəcəyi şərhindən sonra “Brent” markalı neftin barrel qiyməti iki həftə öncə 43,17-37,33 dollar aralığında dəyişmişdi. Keçən həftənin sonunda isə “Brent”in bir barreli ondan qabaqkı həftə ilə müqayisədə 13 faiz ucuzlaşaraq 37,67 dollara qədər aşağı düşmüşdü. Dekabrın 14-də yeni həftənin başlaması ilə “Brent”in barrel qiyməti 36,83 dollaradək ucuzlaşıb. “Brent” neftinin barrel qiyməti son iki aydır ki ucuzlaşma meylini davam etdirir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR