Naxçıvanda heyvandarlığın inkişafına dövlət dəstəyi gücləndirilir

Naxçıvanda heyvandarlığın inkişafına dövlət dəstəyi gücləndirilir
19:28 14 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 14 dekabr, AZƏRTAC
Son 5 ildə muxtar respublikaya 1937 baş damazlıq mal gətirilib və kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştlə verilib.
AZƏRTAC xəbər verir ki, muxtar respublikada ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi əsas prioritetlərdəndir. Bu məqsədlə muxtar respublikaya iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satışının həyata keçirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır.
Dövlətin heyvandarlıq məhsullarının artırılması istiqamətində atdığı addımlar bu sahədəki vəziyyətin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bu səbəbdəndir ki, heyvandarlıq məhsullarının istehsalında muxtar respublika üzrə artım dinamikası 2015-ci ilin ötən aylarında da saxlanılıb. Hazırda əhalinin heyvandarlıq məhsullarına olan tələbatını daxili istehsal hesabına ödəmək məqsədilə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması işi davam etdirilir.
Heyvanlar arasında aparılan süni mayalanma tədbirlərini genişləndirmək məqsədilə süni mayalanma məntəqələrinin sayı bütün rayonları əhatə etməklə 23-ə çatdırılıb. Davamlı olaraq məntəqələr yüksək məhsuldar törədici toxum və digər ləvazimatlarla təmin olunur. Nəticədə 2014-cü ilin 10 ayına nisbətən 2015-ci ilin müvafiq dövründə heyvandarlıq məhsullarının istehsalı və mal-qaranın məhsuldarlıq göstəriciləri artıb. Belə ki, 2015-ci ilin 10 ayında muxtar respublikada diri çəkidə 18,3 min ton ət, 74,2 min ton süd istehsal edilib. 2014-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ət istehsalı 13 faiz, süd istehsalı 1,9 faiz çox olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Naxchivanda_heyvandarligin_inkisafina_dovlet_desteyi_guclendirilir-911219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR