İrandan narkotik gətirən ələ keçdi

İrandan narkotik gətirən ələ keçdi
19:47 14 Dekabr 2015
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Elşad Məmmədovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanında (düz bağırsağında) bir ədəd bağlamada, 66 ədəd həb şəklində olan metadon aşkar edilib.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 66 ədəd həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 2,62 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR