ABŞ dövlət başçısı və Rusiya XİN başçısı arasında telefon danışığı olub

ABŞ dövlət başçısı və Rusiya XİN başçısı arasında telefon danışığı olub
20:32 14 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiya və ABŞ Suriyada fəaliyyət göstərən terrorçu təşkilatların vahid siyahısının hazırlanması ilə bağlı ümumi mövqedən çıxış edirlər.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu fikir ABŞ Dövlət katibi Con Kerri ilə Rusyanın XİN başçısı Sergey Lavrov arasında keçirilən telefon danışığı zamanı səslənib.
Terrorçulara qarşı ümumi cəbhənin yaradılmasının əhəmiyyətini vurğulayan tərəflər, Suriya münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, C. Kerri dekabrın 15-dən Moskvaya səfər edəcək. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR