Bayramda avtobuslarda gediş haqqını artıranlara qarşı sərt tədbirlər görüləcək

Bayramda avtobuslarda gediş haqqını artıranlara qarşı sərt tədbirlər görüləcək
20:48 14 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Bayram günlərində Bakıdan rayonlara gedəcək avtobuslarda gediş haqqı biletlərinin qiymətini süni şəkildə artıracaq sürücülərə qarşı sərt tədbirlər görüləcək. Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Onun sözlərinə görə, hər il bayram ərəfəsində olduğu kimi, Yeni ildə də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisindəki avtobuslara ciddi nəzarət olunacaq: “Bəzi sürücülərin sərnişin sıxlığından istifadə edərək avtobuslara biletləri süni şəkildə artırmasının bir neçə dəfə şahidi olmuşuq. Ona görə də bu cür addımların qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görüləcək. Qiymətləri artıran sürücülər Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisinə bir daha buraxılmayacaq”.

Ş.Mehmanqızı bəzi sürücülərin bu kələyinə düşməmək üçün sərnişinləri də diqqətli olmağa çağırıb: “Sərnişinlər çalışsınlar ki, biletləri bayramdan əvvəl alsınlar. Hətta biletləri onlayn şəkildə almaları məsləhətdir. Onlayn bilet alışı sərnişinlərin hər hansı fırıldaqdan sığortalanması deməkdir”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR