​Roma Papası sosial şəbəkədə ilk selfisini yerləşdirib

20:57 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Roma Papası Fransisk növbəti dəfə ictimaiyyəti öz səmimiliyi və müasir internet tendensiyalara marağı ilə təəcübləndirib.
"Report"un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, dekabrın 14-də Vatikanın rəsmi İnstaqram səhifəsində Roma Papasının şəxsən çəkdiyi ilk selfisi yerləşdirilib.
Üzündəki ifadədən onun həyatsevər insan olduğu görünür. Bir neçə saat ərzində şəkil 10 000-dək insan tərəfindən bəyənilib və maraqlı kommentlərə səbəb olub.
Roma Papasını həmçinin islahatçı da adlandırırlar. Çünki o, kilsəni sadə insanlara daha da yaxın etmək niyyətindədir. Artıq bir neçə də, o, keşişləri daha sadə həyat tərzi sürməyə və kasıblara yardım etməyə çağırıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/maraqli/roma-papasi-sosial-sebekede-ilk-selfisini-yerlesdirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR