Sürüşkən yoldakı təmkin və qorxu: çətin dövr başlanır

Sürüşkən yoldakı təmkin və qorxu: çətin dövr başlanır
21:12 14 Dekabr 2015
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya-Amerika arasında artan gərginlik nüvə qarşıdurması ilə nəticələnə bilərmi?

İstər inanın, istər inanmayın, amma biz yenə də nüvə silahının işə salınmasına dair yüksək hərbi hazırlıqların aparıldığı vəziyyətdəyik və bu gün bu vəziyyət soyuq müharibə zamanı baş verən hadisələrdən daha təhlükəlidir.

Bu yaxınlarda Turkiyənin Suriya ilə sərhədində vurulan Rusiyanın təyyarəsi müharibə və ehtiyatsızlıq eşiyində müvazinətin bariz nümunəsidir. Bu isə öz növbəsində Rusiya və ABŞ-ın rəhbərliyi altında fəaliyyət göstərən NATO arasındakı gərginliyi artırır və etibarsızlığı gücləndirir. Moskva və Vaşinqton arasında nisbətən aşağı səviyyədə baş verən hərbi toqquşmalar soyuq müharibə zamanından bəri görünməyən eskalasiya qığılcımlarını böyüdür. Söhbət üzdə böyük olmayan, lakin dayanıqlı şəkildə artan və bu eskalasiyanı təsadüfən və ya qəsdən nüvə təhlükəsinə çevirə bilən təhlükədən gedir. 

ABŞ və Rusiyanın yüksək hərbi hazırlıq vəziyyətində olan nüvə nöqtələri, eləcə də yüzlərlə strateji döyüş başlıqlarının olması təhlükənin əsas mənbəyidir. Bu, soyuq müharibə ətaləti ilə işə salınan praktika və ya vərdişdir. 

Tərəflər təsadüfi hadisələrlə nəticələnən və "xəbərdarlıq siqnalından sonra işə salınma" adı altında gedən taktikanı istifadə edirlər. Bu taktika onlara strateji güclərini rəqibin nüvə silahından zərbə endirməsindən öncə işə salmağa imkan yaradır. Bu yaxınlarda prezident Barak Obama nüvə silahının tətbiq olunmasına dair təlimatında bu cür konsepsiyanın saxlanılmasının zəruriliyini vurğuladı.

ABŞ-dakı Prinston Universitetinin professoru, nüvə silahları və qlobal təhlükəsizlik məsələləri üzrə ekspert Brüs Bleyr Politico-da dərc olunmuş "Could U.S.-Russia Tensions Go Nuclear?" yazısında bildirir ki, Birləşmiş Ştatların nüvə qüvvələrinin idarə edilməsinə dair sistemi bu konsepsiya çərçivəsində tədbirləri həftə ərzində bir neçə dəfə nəzərdən keçirir. Eynisini ruslar da edirlər. İnanmaq çətin olsa da, lakin Rusiya soyuq müharibə illərindən bəri nüvə silahının işə salınma dövrünü azaldıb. Hazırda Moskva vilayətində əsas idarəetmə nöqtələri bütün canlı sədd idarəçiliyinin yanından ötərək hərəkətə keçə bilər və məsafəli idarəetmə vasitəsilə, məsələn, Sibirdə yerləşən, birbaşa şaxta və mobilliyə əsaslanan raketləri cəmi 20 saniyə ərzində işə sala bilərlər.

Bu nəyə görə narahat etməlidir? Tarix göstərir ki, əgər bu böhran təhrik olunsa, vəziyyətin idarəolunması nəzarətdən çıxa bilər. Hərbi qarşıdurmalar desentralizasiya, gözlənilməz və intensiv hal alaraq tez-tez baş verir. Nəzarət və təhlükəsizlik tədbirləri zəifləyir və naməlum əməliyyat mühitinin olması fövqəladə hallar və sanksiyalaşdırılmamış tədbirlərin baş verəcəyini təxmin edir. Yanlış hesablamalar, anlaşılmazlıqlar və nəzarətin itirilməsi qeyri-müəyyən vəziyyətin yaranmasına səbəb olur, bu isə hərbi əməliyyatların başlanılması ilə nəticələnə bilər. Qısaca olaraq: təsadüfi hərbi toqquşmalardan krizis vəziyyətinə, eləcə də nüvə silahının eskalasiyasına keçid cəld və gözlənilmədən baş verə bilər.

Nə zamansa bu sürüşkən yolda "təmkin və qorxu" kimi tanınan psixolojı əngəl işə düşəcək və onun sayəsində nüvə silahının tətbiq edilməsindən yayınmaq mümkün olacaq. Lakin qarşıdurma zamanı təmkin və qorxu tərəflərin bir-birlərini qorxudaraq və təhdid edərək çıxış edəcəkləri təhlükəli idman növünə çevrilə bilər. Burada əsas məqsəd rəqibdə vəziyyətin nəzarətdən çıxmaqla yanaşı, nüvə müharibəsinə gətirə biləcəyinə dair qorxu hissini sövq etməkdir. Lakin insanlar sadəcə olaraq dərk etmirlər ki, liderlərimizin nüvə silahının istifadəsinə dair qərarı qəbul etmək üçün çox az vaxtarı var. Əgər bilmək istəyirsinizsə, vəziyyət kibermüharibənin baş verəcəyi təhlükəsi ilə daha da gərginləşib.

Öz növbəsində ilkin hesablamalar kompüter siqnallarının qısa axını ilə ötürülür, onlar dərhal yüzlərlə yerüstü raketlərin başlanğıc mühərriklərini işə salırlar. ABŞ buna bir dəqiqə vaxt sərf edir. Keçmişdə nüvə raketlərinin işə salınması üzrə məsul şəxs olduğum üçün, mən bir neçə dəfə bu hadisənin həyata keçirilməsinə cəlb olunmuşam. 

Amerikalıları "minitmen" adlandırırdılar. Amerikanın sualtı qayıq ekipajı raketi işə salmağa bir qədər çox vaxt sərf edir: o bunu 12 dəqiqəyə edə bilər. Sonuncu dəfə ABŞ dünyanı vahiməyə salmaq üçün 1973-cü ildə Henri Kissincer öz komandası ilə birgə ərəb-İsrail müharibəsində nüvə silahının istifadəsinə dair hazırlıq səviyyəsini yüksəldərkən nüvə silahından söz açdı. Əsas məqsəd sovet liderlərinə xəbərdarlıq etmək idi: onlar Misir ordusu ilə əhatə olunmuş əraziyə müdaxilə etməməli və ordularını yardım məqsədilə göndərməməliydilər.

Geriyə addım atmaq məqsədəuyğundur, çünki əks təqdirdə təsadüfən başlanıla bilən nüvə müharibəsinin eskalasiya olunmasına dair risk yaranacaq. Ukrayna uğrunda münaqişə aparılan zaman nüvə təhlükəsinə dair Rusiyanın etdiyi xəbərdarlıqlar soyuq müharibə zamanı yer alan müvazinəti xatırladır. Bu krizisin soyuq müharibə illərindəki gərginliyə çatmasına çox var, lakin bu oyunda risk hələ də var və hər birimiz fəsadlarla nəticələnən təhlükəli əməliyyatların həyata keçirilməsinə dair ilk addımların atılmasının şahidi olduq.

Hazırda Rusiya və Qərb hərbi təyyarələrinin təhlükəli yaxınlaşmaları tez-tez baş verir. NATO qırıcı təyyarələri Rusiya aviasiyasını ələ keçirmək üçün ötən il ərzində bir neçə dəfə hərəkətə keçmişdi. Rusiya Hərbi Hava Qüvvələrinin təyyarələri digər ölkələrin hava sərhədlərinə təxribat xarakterli müdaxilələr edirlər, eyni zamanda yasaqlara dair aqressiv tədbirlər görürlər. Məsələn, Amerikanın kəşfiyyat təyyarəsi Rusiyanın qırıcı təyyarəsi tərəfindən təqib edildiyinə görə İsveç hava məkanında gizlənməyə məcbur qaldı.

Müəyyən vaxtda bu əlaqələr nəzarətdən çıxaraq, Tom Şellinqin də dediyi kimi, "təsadüflərlə nəticələnən təhlükəyə" dönürlər. Ukraynadakı krizis zamanı müşahidə etdiyimiz əməliyyatlar-qarşıdurmalar bu cür təsadüflərin sayını daha da artırır. Tərəflər vəziyyəti tam nəzarət altında saxladıqlarını iddia etsələr də, əslində bu belə deyil. Tərəflər rəftarlarının təhdid xarakter aldığına fikir vermirlər, lakin digər tərəf bunu məhz belə qiymətləndirir. Şərqi Avropadan ABŞ-ın NATO üzrə müttəfiqlərini sakitləşdirmək üçün biz bu bölgəyə Amerikanın strateji bombardmançı təyyarələrini göndəririk.

Rusiya isə cavab olaraq və ya şəxsi təşəbbüsündən irəli gələrək Amerika sahilləri üzərində uçuşlar həyata keçirən öz strateji bombardmançı təyyarələrini göndərir. Biz Qara dənizə həmçinin "İcis" sistemi ilə birgə Rumıniya kimi müttəfiqi sakitləşdirmək üçün esminesləri göndəririk. Müəyyən olunur ki, bu gəmilər adi hərbi hissələrlə təchiz olunmuş onlarla raketləri aparır.

Onların uzaqlılığı 1600 km təşkil edir, bu da onlara Moskvaya qədər uçmağa imkan verir. Mənim hesablamalarıma əsasən, bu aşağı profilli və yüksək dəqiqlikli silah vasitəsilə hər hansı bir xəbərdarlıq etmədən istənilən müdafiəsiz hərbi hədəfə zərbə vurmaqla onu məhv etmək olar. Sözügedən raketlər bir anda gözlənilmədən Kremli darmadağın edə bilərlər, eləcə də Rusiya infrastrukturunun obyektləri, mövqeləri, idarəetmə sistemləri, onun nüvə qüvvələrinin əlaqələri və erkən xəbərdarlıqlarına zərbə endirə bilərlər.

Bundan başqa, ruslar bu raketlərin nüvə içliyinin olmadığından tam əmin ola bilməzlər. Bu silah dağıdıcı zərbələr endirməyə qadir olduğu üçün Rusiya gərginliyin eskalasiya edilməsini üstün tutur. Onun qırıcı təyyarələri esmineslərə qarşı əməliyyat aparırlar, bu yaxınlarda isə Moskva Qara dənizə hücuma keçən sualtı qayıqlarını göndərdi. Cavab olaraq, hərbi-dəniz qüvvələrinə komandanlıq edən NATO Moskvanı təhdid edən esmineslərə təhlükə yaradan rus sualtı qayıqlarına müqavimət göstərmək üçün Amerikanın sualtı qayıqlara qarşı təyyarələrini bu bölgəyə göndərməyi təklif etdi. 

Amerikalı rəhbərlər rusların bu yeni təhlükədən qorxa biləcəklərini ehtimal edirlərmi? Mən buna şübhə ilə yanaşıram. Bir anda tərəflərdən biri geriyə addım ata da bilər, atmaya da bilər. Gərginlik nüvə silahının tətbiq edilməsinə gətirib çıxaranadək arta bilər. Rusiyaya gəldikdə isə bu ehtimal aşağıdır. 

Rusiyanın Avropadakı strategiyasını şəxsən Vladimir Putin tərtib edib, o bunu 2000-ci ildə NATO-nun Balkanları bombalamasına cavab olaraq etdi. Bu strategiya nüvə silahını istifadə etməklə düşməni tamamilə məhv etməyi nəzərdə tutur. Bəli, o buna qadirdir. Hətta nüvə zərbələrinin qarşılıqlı endirilməsinə qədər gətirib çıxara bilər. 

Zərbə endirən raketin hədəfə çatmasına 11 dəqiqədən 30 dəqiqəyə qədər vaxt sərf etməsini nəzərə alsaq, xəbərdarlıq siqnalı ilə raketin işə salınmasına dair qərarı qəbul etmək üçün vaxt çox azdır. Bu qərarlar böyük emosional yüklə bağlıdır və formal yoxlanılmalarla müşahidə olunurlar. 
Mən bunları öncədən tərtib olunmuş ssenariyə əsasən həyata keçirilən gündəlik tədbirlər adlandırıram. Bəzi ssenarilərdə öncədən xəbərdarlığın edilməsinə dair məlumatların təhlilinə 3 dəqiqə sərf olunur və prezidentin nüvə cavabı və onun fəsadlarına dair məruzəsinə 30 saniyə vaxt verilir. Bundan sonra ona bunlardan birini seçməsi üçün bir neçə dəqiqə (maksimum 12 dəqiqə, lakin əsasən 3-6 dəqiqə arası) verilir. 
Sonra raketlərin işə salınmasına barəsində əmr verilir. Güman etdiyimiz konsepsiya qarşılıqlı təmkin və qorxunun tərəflərə yürüdülməsinə əsaslanan və standart paradiqmanın əməliyyat mahiyyətini kəsb etməyən mənəviyyatının nəticəsidir. 

Amerika strateji qüvvələrinə komandanlıq edən Corc Li Batler bunu belə izah edir: "Öz əməliyyatlarımızdan zərbələrin ilk dalğasına tab gətirəcəyimiz fikrinə əsaslanırıq. Lakin istismar səviyyəsində bu heç vaxt təsdiqlənməyib. Onlar (nüvə planlaşdırılmasının orqanları) prezidentə ciddi təsir göstərən və nüvə silahını işə salınmasına təhrik edən konstruksiyanı inşa etdilər. Praktikada bu, nüvə silahının tətbiqinə dair qərarı qəbul etmək üçün prezidentin təhrik olunmasının qaçınılmaz olduğunu göstərir.

Amerikalı prezidentlər istəməyərəkdən də olsa bu sistemin mövcudluğu ilə razılaşırdılar. Onların hər biri nüvə silahının işə salınmasına dair zəruri qərarı qəbul etmək məcburiyyətində idi. Ronald Reyqan (öz xatirələrində) şikayətlənirdi ki, radarın ekranında göstərilən işarəyə reaksiya vermək və nüvə Armageddonunun olacağına dair qərar vermək üçün "cəmi altı dəqiqəsi var idi". 

Bu siyasətin fövqəladə vəziyyətlər və təsadüflərlə nəticələnəcəyini qəbul edən Kissincer və Brent Skoukroft kimi təhlükəsizlik üzrə yüksəkrütbəli müşavirlər gizlin yığıncaqlarda Şuranı ABŞ-ın öz qaydalarına uyğun hərəkət edəcəyinə dair inandırmaq zərurətini müzakirə edirdilər. Skoukroftun sözlərinə əsasən, "Bu planda irrasional hərəkət edə biləcəyimizi Şuraya göstərmək bizə sərf edir". Sağlam dərrakə bizə söyləyir ki, bu, riskli hərəkət zolağıdır. ABŞ-ın uzaq radiolokasiya sistemi öz məlumat ötürücü vasitələri ilə gün ərzində ən azı yeddi dəfə məlumat alır, bu məlumatlar dərhal dəyərləndirilməlidir: nüvə hücumu başlanıldı və ya bu yanlış həyəcan siqnalı idi? Bir və ya iki həftədən bir onlar bunu təkrarən edirlər. Nadir hallarda olsa da, bəzən hücum təhlükəsi yetərincə real göründüyü təqdirdə xəbərdarlıq siqnalına əsasən silahın işə salınmasına zəmin yaradan vəziyyətlər yaranır. Növbətçi ilkin məlumatların alındığı üç dəqiqə ərzində təxmini olaraq ehtimal olunan hücumu qiymətləndirməli və bu barədə yüksək hərbi komandanlıq və mülki müdafiə rəhbərliyini xəbərdar etməlidir. 

ABŞ və Rusiya bir neçə dəfə yanlış həyəcan siqnallarına görə nüvə uçurumu ilə üzbəüz qalıblar. Bir dəfə milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinski az qala gecənin ortasında prezident Cimmi Karteri Sovet İttifaqının kütləvi nüvə hücumunun başlatması barədə oyadacaqdı və məlumat verəcəkdi, bundan sonra isə Karter tez bir zamanda cavab zərbəsinin endirilməsi barəsində əmr verə bilərdi. Bunun yanlış həyəcan siqnalı olduğuna dair hesabat alarkən o artıq telefon dəstəyini qaldırmışdı. 

Əgər Rusiya və Amerika arasında münasibətlər pisləşsə və nüvə qarşıdurmasına qədər gəlib çıxsa, o zaman silahın yanlış işə salınmasına dair risklər artacaq. Krizis zamanı müharibə aparan tərəflər təhlükənin nə dərəcədə yüksək səviyyədə olduğunu dərk etməyə bilərlər. Ağıllara 1983-84-cü illərdə paranoyadan əziyyət çəkən sovet liderlərinin ABŞ tərəfindən vurula biləcək nüvə zərbələri qarşısında qorxu hissi duyaraq Amerikaya önləyici nüvə hücumu etmək üçün hazır vəziyyətdə olmaları gəlir. 

Bu barədə amerikalı liderlər heç bir fikrə malik deyil idilər. Əlbəttə, krizis dövründə liderlər raketdən hücumların endirilməsinə dair səslənən fikirlərə daha çox inanırlar. Rusiya peykinin erkən xəbərdarlıq sisteminin sıradan çıxmasına görə onun xəbərdarlıq siqnalı aldıqdan sonra qərar vermək üçün cəmi 2-4 dəqiqəsi olacaq. 

Bu halda yanlış qərarın verilməsi ehtimalı yüksəkdir. Kibermüharibə təhlükəsi yaranır. Biz kibertəhdidlərin törətdiyi təhlükə və miqyasını bir qədər zəif anladığımıza görə yalnız təsəvvür edə bilərik ki, Amerika və Rusiya idarəetmə sistemlərini xəbərdarlıq siqnalına əsasən işə salınmasına hazır vəziyyətdə qoymaq məqsəduyğun deyil.

Eynilə sanksiyalaşdırılmamış nüvə raketlərinin istehsal edilməsi də məqsədəuyğun deyil. Bütün bu riskləri nəzərə alaraq, biz nüvə silahının heç vaxt tətbiq olunmayacağından əmin ola bilmərik. Ola bilsin, biz dünyanın hər hansı bir nöqtəsində, bəlkə də doqquz nüvə dövləti və ya onların koalisiyaları arasında eskalasiya şərtləri altında nüvə silahının tətbiq olunmasının şahidi olacağıq. Hindistan-Pakistan nüvə krizisi ilk, lakin yeganə namizəd deyil. Rusiya və Amerika nüvə qarşıdurmasını da istisna etmək olmaz. Ən bariz qərar nüvə silahının ləğv olunmasıdır. Əlbəttə, bu yaxın bir zamanda baş verə bilməz.

Nüvə silahının istifadəsindən yayındıra biləcək yeddi tədbir mövcuddur. Onlar bu yaxınlarda nüvə risklərinin azaldılmasına dair Komissiyanın hesabatına əsaslanırlar. Bu Komissiyaya Birləşmiş Qərargah Rəislərinin keçmiş müavini general Ceyms Kartrayt və səfir Tomas Pikerinq rəhbərlik edirlər. Bu komissiyanın tərkibinə keçmiş generallar, admirallar, müdafiə nazirləri və Şimali Koreya istisna olmaqla bütün nüvə dövlətlərinin milli təhlükəsizlik üzrə ekspertləri daxildirlər. 

ABŞ və Rusiya öz strategiyalarından xəbərdarlıq siqnalına əsasən silahın işə salınma konsepsiyasını istisna edə bilərlər. Birincisi, onlar dərhal uzaq radiolokasiya sisteminin cihazları əsasında strateji raketlərin işə salınmasına dair təlimləri dayandırmalıdırlar. İkincisi, onlar öz strateji nüvə qüvvələrini yüksək hərbi hazırlıq vəziyyətindən çıxara bilmək barəsində razılığa gələ bilərlər. Yüksək hazırlıq vəziyyətində olan raketlərin 20%-dək azalması nəticəsində ABŞ və Rusiya növbəti 10 il ərzində bütün nüvə qüvvələri üçün hərbi hazırlıq vəziyyətini təxirə salacaq. Üçüncüsü, nüvə silahına sahib bütün ölkələr öz qüvvələrini yüksək hazırlıq vəziyyətini yalnız sərt idarə oluna bilən şərtlər zamanı saxlamaqlarına dair razılaşa bilərlər. 

Bu cür razılaşma nüvə qüvvələrinə milli təhlükəsizliklə bağlı hərbi hazırlıq, təlimlər və fövqəladə hallar çərçivəsində bir səviyyədən digər səviyyəyə keçirilməsinin müddətini və miqyasını müəyyən mənada məhdudlaşdırmaqla yanaşı, belə əməliyyatların başlanılması barəsində xəbərdarlıq edə bilər. Dördüncüsü, ABŞ və Rusiya digər nüvə agentlikləri ilə təhlükəsizliyin təmin edilməsi və nüvə silahı və materiallarının qorunub saxlanılmasına dair təcrübə, məlumat və texnologiya mübadiləsi apara bilərlər. 

Beşincisi, ABŞ və Rusiya Çini bu məsələyə cəlb edərək kibermüharibənin baş verməsinin qarşısını ala bilərlər. İdarəetmə mərkəzləri, rabitə və nüvə qüvvələrinin erkən aşkarlanma sistemləri heç bir halda kiberhücumlara məruz qalmamalıdır. Altıncısı, hərbi danışıqların aparılması zamanı razılaşdırılan etimad tədbirləri dünyada ölkələri nüvə silahının tətbiqinə məcbur edə bilən geosiyasi gərginliyin risklərini aşağı salmağa müvəffəq ola bilər. 

Bütün bunlara əlavə olaraq qeyd edim ki, Rusiya və ABŞ liderləri, eləcə də ekspertlər iki ölkə arasındaki gərginliyə əsaslanan krizisin eskalasiya risklərinin azaldılmasına dair konsultasiyalar aparmalıdırlar. Bundan başqa, hər iki tərəf əsas təhlükəsizlik məsələlərinə dair ikitərəfli konstruktiv danışıqların aparılmasını təşkil etməlidir və müvafiq tədbirlər görməlidir. 

Birgə səylərlə bu ölkələr krizislər, təhlükəli hərbi əməliyyatlar, nüvə silahının istifadə olunacağı əməliyyatlar barədə məlumatlandırılma sahəsində, o cümlədən idarəetmə və rabitə sistemlərinin təhlükəsizliyinin təmin edilməsinə dair vacib ikitərəfli və çoxtərəfli tədbirlər görə bilərlər. Bu məsələlərdə bizim ortaq mövqeyimiz var və bundan əlavə, onlar daha perspektivli tədbirlərin görülməsi üzrə ikitərəfli danışıqların aparılmasının əsasını təşkil edə bilər.

Orxan Hun
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389878.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR