​Azərbaycan klubları ECA-nın iclaslarında iştirak edəcək

​Azərbaycan klubları ECA-nın iclaslarında iştirak edəcək
21:17 14 Dekabr 2015
27 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ "Xəzər Lənkəran" klubunun nümayəndəsi İspaniyanın Sevilya şəhərində Avropa Klublar Assosiasiyasının Hüquq Müşavirə Palatasının 2015-2017 dövrü üçün keçiriləcək ilk iclasında iştirak edir. "Report"un məlumatına görə, iclasda futbol hüququnun gündəmdə olan əsas məsələləri və problemləri üzrə fikir mübadiləsi aparılacaq, Avropa Klublar Assosiasiyasının müxtəlif hüquqi məsələlərə dair fəaliyyəti ilə bağlı istiqamətlər müəyyənləşdiriləcək, həmçinin FIFA Mübahisələrin Həlli Palatası, Oyunçuların Statusu Komitəsi və CAS tərəfindən son dövrdə çıxarılan ən vacib qərarlar nəzərdən keçiriləcək.
"Xəzər Lənkəran"ı iclasda klubun xarici əlaqələr üzrə meneceri Ramil Cahangirov təmsil edir. İclasa bu gün start verilib və 2 gün davam edəcək.
Həmçinin "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov İngiltərənin Mançester şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) "Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu"nun ilk iclasında iştirak edəcək. İşçi qrupunun sədri Ed Vudvardın adından "Neftçi" klubuna ünvanlanmış məktubda klubun icraçı direktoru Elnur Məmmədovun iclasa dəvəti öz əksini tapıb.
Klub rəsmisi adı çəkilən tədbirə qatılmaq üçün bu gün İngiltərəyə səfər edib. İclas sabah "Old Trafford" stadionunda baş tutacaq. İşçi qrupunun üzvləri arasında İspaniyanın "Real”, İtaliyanın "Milan”, Almaniyanın "Bayern Münhen”, İngiltərənin “Arsenal” kimi klublarının nümayəndələri də var.
Qeyd edək ki, bir müddət əvvəl Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq edib. Avropa Klublar Assosiasiyasının "Marketinq və Kommunikasiya qrupu"nda "Neftçi"nin icraçı direktoru Elnur Məmmədov da yer alıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/azerbaycan-klublari-eca-nin-iclaslarinda-istirak-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR