ABŞ prezidenti İŞİD-ə qarşı mübarizə ilə bağlı müşavirə keçirir

ABŞ prezidenti İŞİD-ə qarşı mübarizə ilə bağlı müşavirə keçirir
21:32 14 Dekabr 2015
29 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ ABŞ-da prezident Barak Obamanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilir.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, İŞİD terrorçu qruplaşmasına qarşı mübarizəyə həsr olunmuş müşavirə bu dəfə Ağ Evdə yox Pentaqonda keçirilir.
ABŞ-ın vitse-prezidenti Cozef Bayden və Müdafiə naziri Eşton Karterin də iştirak etdiyi iclasın ardından Barak Obamanın xalqa televiziya ilə müraciət edəcəyi gözlənilir.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-prezidenti-i-si-d-e-qarsi-mubarize-ile-bagli-musavire-kecirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR