Tolikin yazdığı statusu kim sildirdi? - AÇIQLAMA

Tolikin yazdığı statusu kim sildirdi? - AÇIQLAMA
21:47 14 Dekabr 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

"Bu ölkə dərəbəylik zad deyil ki... Kimsə bu statusu mənə sildirməyib. Elə şey qətiyyən olmayıb. Statusun altında yazılan söyüşlərə, nəlayiq sözlərə görə əsəbiləşdim və sildim".

Milli.Az bildirir ki,bunu big.az-a açıqlamasında Tolik deyib. O, vurğulayıb ki, İlhamə Quliyeva ilə telefonla danışandan sonra belə bir statusu yazıb:

"Jurnalistlər yenə aləmi qatıb bir-birinə. Birincisi İlhamə xanımla mən danışmışam. İlhamə xanım ora Aygün Kazımovaya görə zəng vurmayıb. Bəzi jurnalistlər yazırlar ki, İlhamə Quliyeva guya Aygün Kazımovaya görə efirə zəng vurub. Deməli, məsələ belə olub. Elton efirdə olub və deyib ki, "mən İlhamə Quliyevanın qanunlarını bilmirəm. Bildiyimə görə, ölkəmizdə bir qanun var, o da konstitusiyanın qoyduğu qanundu. Gerisini zatən bilirsiniz".

Yazdığı statusu silməyinə gəlincə Tolik bildirib ki, statusun altında yazılan şərhlərdən boğaza yığılıb və silib:

"O qədər şərhlər yazırdılar ki, mesaj qutuma o qədər mesajlar gəlirdi ki, bezdim sildim. Hətta yazdım ki, Allah rahatçılığımı pozanların bəlasını versin. Uje bezirəm başa düşürsünüz? Nə qədər əsəbiləşmək olar? Heç kim mənə hədə qorxu gəlməyib. Sadəcə bezdim sildim. Quran haqqı mən artıq bezmişəm. Heç kim mənə statusu sildirməyib. Mənə kim zəng vurub nəsə deyə bilər ki? Ölkə dərəbəylik zad deyil ki? Bugün bütün günü də evdə olmuşam evdən çölə çıxmamışam. Statusun altında məsələdən xəbərdar olan da şərh yazırdı olmayan da. Telefonlarım susmurdu. Əgər statusu silməsəydim bütün günü oturub ordakılarla qırğın edəydim gərək... Silsəm də dediyim sözlərin arxasında durmuşam. Sadəcə öz səhifəmdə bütün günü qırğın etmək istəmədim. O söyüş söyür, bu söyür. Statusum bir saat qaldı həmin statusu oxuyan da oxudu... Mesaj lazımi adamlara çatdı".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390245.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR