Liviyada milli birlik hökumətinin yaradılması ilə bağlı danışıqlarda irəliləyiş əldə edilib

Liviyada milli birlik hökumətinin yaradılması ilə bağlı danışıqlarda irəliləyiş əldə edilib
22:12 14 Dekabr 2015
34 Dünya
Ölkə mətbuatı
A- A+

Dünyanın bir sıra aparıcı dövlətlərinin nümayəndələrinin Liviyada iki rəqib tərəfin nümayəndələri ilə görüşü BMT-nin milli birlik hökumətinin yaradılması planına dəstək haqda razılıqla başa çatıb.
"Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, 17 ölkənin və dörd beynəlxalq qurumun təmsilçiləri ilə Liviya rəsmiləri arasında danışıqlar ABŞ Dövlət katibi Con Kerri və onun italiyalı həmkarı Paolo Gentiloninin sədrliyi ilə Romada keçirib.
Kerri Liviyanın gələcəyi ilə bağlı irəliyə doğru addım atmağın vaxtı olduğunu deyib.
Liviyanın iki rəqib hökuməti arasında birliyə dair razılıq çərşənbə axşamı günü Mərakeşdə imzalanacaq.
Kerri deyib ki, Liviyanın gələcəyi naminə dalana dirənmiş vəziyyətdən çıxmaq və irəliyə doğru hərəkət etmək lazımdır.
Liviyada 2011-ci ildə sabiq lider Müammar Qəddafinin devrilməsindən sonra qeyri-sabit vəziyyət hökm sürür. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR