Çin Avropa Yenidənqurma və İnkişaf Bankına üzv olub

Çin Avropa Yenidənqurma və İnkişaf Bankına üzv olub
23:47 14 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 14 dekabr. REPORT.AZ/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Çinin üzvlük müraciətini müsbət qiymətləndirib.
"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə əsasən, AYİB rəsmiləri bəyan edib ki, Çinin üzvlüyü regionda uzun müddətli investisiya imkanlarını artıracaq.
AYİB, həmçinin, Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə də əməkdaşlığa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, hazırda AYİB-ın 66 üzvü var. Onlardan 64-ü dövlət və digər ikisi isə beynəlxalq təşkilatdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR