Bakı. 15 dekabr. REPORT.AZ/ Kimya üzrə Nobel mükafatı alan əslən türkiyəli olan amerikalı alim Əziz Səncər dekabrın 14-də doğma vətəni Türkiyəyə gəlib.
Səncər Türkiyənin rəhbər şəxsləri tərəfindən qəbul olunacaq.
Onun Türkiyəyə gəlişi ölkə KİV-lərində, o cümlədən sosial mediada əsas müzakirə mövzusuna çevrilib. Bəzi məlumatlara görə, Əziz Səncər Nobel mükafatını Mustafa Kamal Atatürkün məqbərəsinə - Anıtqəbirə hədiyyə edəcəyini bildirib.