AXCP sədr müavininin şikayəti təmin edilmədi (VİDEO)

AXCP sədr müavininin şikayəti təmin edilmədi (VİDEO)
00:26 15 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Apellyasiya Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbsindən verilmiş şikayətə baxılıb.

ANS TV-nin məlumatına görə, hakim vəkilin vəsatətinin təmin etməyib və Fuad Qəhrəmanlı həbsdə saxlanılıb.

Müxalifət partiyası sədrinin müavini Nardaran hadisələrilə bağlı “Facebook” səhifəsində çağırış etməkdə, insanları meydan mübarizəsinə hazırlaşmağa çağırmaqda ittiham oulnur.

O, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs edilib.

“Məhkəmə vəsatəti təmin etmədi və qərar qüvvədə saxladı. Bakı Apellyasiya Məhkəməsinin qəbul etdiyi qərar sonuncu qərardı. Və bundan sonra Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinin pozulması ilə əlaqədar olaraq sənədlər Avropa Məhkəməsinə təqdim olunacaq. Eyni zamanda növbəti olaraq atacağımız addımlar məhz alternativ qəti-imkan tədbirinin seçilməsilə bağlı vəsatətlə çıxış etməkdir”, – deyə vəkil Fəxrəddin Mehdiyev bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR