Oliqarx oğlu anasını boğub öldürdü (VİDEO,FOTO)

Oliqarx oğlu anasını boğub öldürdü (VİDEO,FOTO)
00:41 15 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Tatarıstan paytaxtı Kazanın “Korston” otelində Rusiyalı milyarder İqor Sosinin oğlu anasını boğaraq öldürüb.

ANS PRESS-in məlumatına görə, bu barədə polisə dekabrın 10-da axşam vaxtı otel əməkdaşlarından biri xəbər verib.

Polisə şikayət edən “Korston” otelində çalışan səxs polisə otelin bir qonağı paltarının üstündə qan izləri olan oğlanın dəhlizdə var-gəl etdiyini bildirib. Otelə gələn polis əməkdaşları dəhlizdə narkotik maddənin təsiri altında olan 19 yaşlı oğlanı saxlayaraq bölməyə aparıb. Lüt halda olan gənc oteldə dincələn digər qonaqlara sataşırmış. Otel otaqlarının birində isə 44 yaşlı qadının meyiti aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, öldürülən qadın gəncin anasıdır. Qadının bədənində çoxsaylı göyərmə izləri aşkarlanıb. Onun boğulmadan öldüyü bildirilir.



Aparılan araşdırmalarda qatilin Tatarıstan paytaxtına müalicə üçün gələn milyarder İqor Sosinin oğlu Yeqor olduğu aşkarlanıb. İlkin dindirmədən sonra Yeqor Sosin hadisədən əvvəl anasının ona çoxlu naməlum həblər verdiyini və bunun nəticəsində onun halının dəyişdiyini bildirib. Yeqor hadisənin neçə baş verdiyini və anasını necə boğduğunu xatırlamadığını bildirib. Faktla bağlı araşdırmalar aparılır.


İqor Sosin

İqor Sosin “Starıy Xottabıç” mağazalar şəbəkəsinin sahibi və OBİ şirkətinin səhmdarlarından biridir. Milyarder özünün dəbdəbəli həyatı ilə tanınır. O, hərracda ən bahalı lüks əşyaları alır. Məsələn, Truman Capotenin “Tiffanigildə səhər yeməyi” romanının əlyazmasını 306 min dollara satın alıb. Dünyanın bütün adlı-sanlı dizaynerlərinin qırmızı donlarının kolleksiyasına isə 3,5 moilyon avro xərcləyib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR