İtdən insanlara insanlıq dərsi

İtdən insanlara insanlıq dərsi
00:56 15 Dekabr 2015
118 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu hadisə Brazilyanın San-Paulu ştatının Kampinas şəhərində baş verib. Hadisə şahidlərdə ikili hiss yaradıb. Birincisi, bir ananın nə qədər vəhşi və ölvladına qarşı qəddar olması, ikincisi bir itin bu qədər düşüncəli və insanpərvər olması heyrət doğurub.

ANS PRESS-in məlumatına görə, it zibillikdən yeni doğulmuş və atılmış körpə tapıb və onu yaxınlıqdakı evlərdən birinə aparıb. Uşağın göbək hissəsinin kəsilməməsi və hələ də qurumaması körpənin yeni doğulduğunu göstərib.



Ev sahibəsi körpəni itin ağzında görərək qorxsa da, aidiyyatı orqanlara zəng vuraraq məlumat verib. Məlumat nəticəsində aidiyyatı qurumlar usağı dərhal xəstəxanaya yerləşdiriblər.



Xəstəxana müayinəsindən sonra körpənin sağlamlığı üçün hər hansı bir problemin olmadığı məlum olub.



Hal-hazırda şəhər polisi usağın valideyinlərini axtarır. Şəhər sakinləri itə Anjela adı veriblər. İtin bu hərəkətinə şəhər sakinləri belə deyi: "Anjella adına liyiq olaraq "angel"lik, yəni mələklik etdi.



Bu hadisədən sonra itə sahiblik etmək istəyən ailələrin sayı artıb. Qonşuların hər gün ona yemək verməsinə baxmayaraq, o yenə də zibillikdə həmişə nəsə axtarır. Kim bilir bəlkə də yenə kiminsə həyatını xilas etmək istəyir...




RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR