Putin və Kerri Türkiyəyə görə görüşür

Putin və Kerri Türkiyəyə görə görüşür
02:36 15 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Kreml bu gün Rusiya prezidenti Vladimir Putinin ABŞ dövlət katibi Con Kerri ilə planlaşdırılan görüşü barədə açıqlama verib.

ANS PRESS-in məlumatına görə, prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Putin ABŞ dövlət katibini Rusiya xarici işlər naziri Sergey Lavrovla birgə qəbul edəcək.

“ABŞ və Rusiya xarici siyasət idarələrinin başçıları danışıqlar haqqında prezidentə məlumat verəcəklər”, - deyə Peskov bildirib. Görüşdə ikitərəfli, həmçinin İran, Suriya və Ukrayna daxil olmaqla regional və beynəlxalq məsələlərin müzakirə olunacağı gözlənilir. Görüşdə son günlərin müzakirə predmeti olan Türkiyə-Rusiya qarşıdurması da yer ala bilər.


Kerri və Putin

Peskov həmçinin Türkiyə-Rusiya arasında bu günə planlaşdırılan sammitin ləğv edildiyini qeyd edib. Rəsmi Kreml bu gün bu barədə məlumat yayıb. Yayılan xəbərə görə, dekabrın 15-nə Sankt-Peterburqda keçirilməsi planlaşdırılan Rusiya - Türkiyə Əməkdaşlıq Şurasının görüşü olmayacaq. Peskov jurnalistlərə bildirib ki, belə bir sammit planlaşdırılmır. Noyabr ayının sonlarında Peskov bu görüşün ləğv olunub-olunmayacağının dəqiqləşmədiyini bildirmişdi.



Qeyd edək ki, tərəflər arasında gərginlik noyabrın 24-də Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcısı Suriya ilə sərhəddə Rusiyaya məxsus bombardmançı təyyarəni vurandan sonra yaranıb. Türkiyə tərəfi Su-24 təyyarəsinin sərhədi pozduğuna görə vurulduğunu bəyan edib. Rusiya tərəfi isə təyyarənin Suriya ərazisində vurulduğunu iddia edir.


Təyyarə vurulan ərazi xəritədə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR