ABŞ prezidenti Gürcüstanın baş nazirini Nüvə sammitinə dəvət edib

ABŞ prezidenti Gürcüstanın baş nazirini Nüvə sammitinə dəvət edib
03:32 15 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Gürcüstanın hökümət başçısı İrakli Garibaşvilini 2016-cı ildə Vaşinqtinda keçiriləcək Nüvə təhlükəsizliyinə dair beynəlxalq sammitə dəvət edib.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, martın 31-dən aprelin 1-dək keçiriləcək tədbirdə ABŞ başda olmaqla nüvə silahına malik ölkələrin, habelə nüvə silahının yayılmamasında maraqlı olan ölkələrin liderləri iştirak edəcək.
Sammitin əsas məqdəsi nüvə terrorçuluğu ilə mübarizə aparmaq və nüvə silahı ehtiyatını azaltmaqdır.
Obamanın Tiflisə göndərdiyi məktubda qeyd olunur ki, "Gürcüstan nüvə təhlükəsizliyi sahəsindəki dəstəyini aydın şəkildə ortaya qoyub".

Xəbərin orijinal ünvanı: http://report.az/region/abs-prezidenti-gurcustanin-bas-nazirini-nuve-sammitine-devet-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR