Kolumbiyada avtobus yarğana aşdı: 7 ölü, 11 yaralı

06:54 15 Dekabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın Kundinamarka departamentində turist avtobusunun yarğana aşması nəticəsində azı 7 nəfər ölüb,  11 nəfər xəsarət alıb

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, avtobusda ekskursiyadan qayıdan 30-a yaxın kollec tələbəsi olub.

 

Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Şahidlərin sözlərinə görə, sürücü avtobusu yüksək sürətlə idarə edib, təhlükəli manevrlərə yol verib.

 

Qeyd edək ki, dekabrın 14-də Argentinanın Salta əyalətində jandarma avtobusunun yarğana yuvarlanması nəticəsində 43 nəfər ölüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR