Makedoniyadan 335 min miqrant keçib

Makedoniyadan 335 min miqrant keçib
07:04 15 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Son 6 ay ərzində 335 min miqrant Makedoniya ərazisindən keçərək Qərbi Avropa ölkələrinə üz tutub.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Makedoniya DİN-n məlumatında bildirilir.

 

“İyunun 19-dan dekabrın 13-dək 336, 84 min əcnəbi vətəndaş qeydiyyata alınıb. Onlardan 188 mini kişi, 54,95 mini qadın, 75,97 mini valideynli və 17, 87 min valideynsiz uşaqlardı”, məlumatda qeyd olunur.

 

Miqrantların əksəriyyətinin suriyalılar olduğu bildirilir – 193, 58 min. Əfqanıstandan 82 minə, İraqdan isə 40 minə yaxın insan Makedoniya ərazisindən keçib. “Miqrantlardan yalnız 83-ü Makedoniyada sığınacaq almaq üçün müraciət edib”, sənəddə vurğulanır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR