Madrid-San Paulu marşrutu ilə uçan Braziliya təyyarəsi İspaniyaya qayıdıb

Madrid-San Paulu marşrutu ilə uçan Braziliya təyyarəsi İspaniyaya qayıdıb
07:12 15 Dekabr 2015
23 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Madrid- San Paulu marşrutu ilə uçan Braziliyanın "TAM" aviaşirkətinə məxsus təyyarə uçuşdan qısa müddət sonra İspaniya paytaxtının "Baraxas" hava limanına qayıdıb. Buna səbəb göyərtədə partlayıcı qurğunun olmasına dair xəbərdarlıq olub.
"Report" "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, İspaniya rəsmilərinin bomba xəbərdarlığı təyyarə artıq Mərakeşin hava məkanına daxil olduqdan sonra daxil olub və pilotlar dərhal Madridə qayıdmaq barədə qərar qəbul ediblər.
Sərnişinlərə müvafiq kömək göstərilib. Təyyarə dekabrın 15-də yerli saatla 10.25-də Braziliyada enməliydi.
Təyyarədə bombanın olub-olmaması ilə bağlı məlumat yoxlanılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR