Bakıda yük avtomobili aşıb, sürücü yaralanıb - FOTO

Bakıda yük avtomobili aşıb, sürücü yaralanıb - FOTO
07:37 15 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonu ərazisində "Shacman" markalı yük maşını aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsinin Rəşid İsmayılov küçəsində baş verib.
 
Yük avtomobilinin sürücüsü Kənan Süleymanlı idarəetməni itirib və maşını aşırıb. Sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.
 
Yanğınsöndürənlər və xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar və təcili tibbi yardım briqadasına təhvil veriblər. Yaralı sürücü xəstəxanaya çatdırılıb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/390273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR