Təyyarə partlayış təhlükəsi ilə bağlı təcili eniş edib

Təyyarə partlayış təhlükəsi ilə bağlı təcili eniş edib
08:37 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Braziliyanın TAM aviaşirkətinə məxsus sərnişin təyyarəsi İspaniya paytaxtının hava limanına qayıdaraq təcili eniş edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb təyyarənin göyərtəsində bomba olması barədə xəbərin yayılması olub.
 
Madrid-San Paulu marşrutu ilə uçan hava gəmisinin göyərtəsində olan sərnişinlərin sayı barədə məlumat verilmir. Bomba ilə bağlı məlumat təyyarə Mərakeşin hava məkanında olarkən daxil olub. Hazırda təyyarədə bombanın olub-olmaması yoxlanılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR