"Bu cür çəkişmələr ölkəni rüsvay edir"

"Bu cür çəkişmələr ölkəni rüsvay edir"
08:42 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko Milli İslahat Şurasının iclasında baş verən qalmaqala münasibət bildirib.

APA-nın xəbərinə görə, bu barədə UNN agentliyi məlumat yayıb.
 
"Görürəm ki, Arsen Avakov və Mixail Saakaşvili Milli İslahat Şurasında baş verənlərin video görüntülərin mediada yayılmasını istəyirlər. Lakin bu cür çəkişmələr ölkəni rüsvay edir", deyə S.Tseqolko bildirib.
 
Xatırladaq ki, Ukrayna Milli İslahat Şurasının iclasında Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ilə daxili işlər naziri Arsen Avakov və baş nazir Arseni Yatsenyuk arasında qalmaqal baş verib. Tərəflər bir-birinin ünvanına ağır ittihamlar, təhqirlər səsləndiriblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR