Bakıda "Shacman" aşdı, sürücü ölümdən döndü

09:33 15 Dekabr 2015
18 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Məmmədov - Trend:

Bakıda yük maşını qəzaya uğrayıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonu ərazisində, "Shacman" markalı yük avtomobili qəza törədib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlər və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 22:25-də başa çatıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR