​Təmas xəttində monitorinq keçiriləcək

​Təmas xəttində monitorinq keçiriləcək
09:37 15 Dekabr 2015
11 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 16-da Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Svedberq və Saymon Tiller keçirəcəklər.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov və Jiri Aberle keçirəcəklər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR