Ordumuzun əsgəri şəhid oldu

Ordumuzun əsgəri şəhid oldu
09:54 15 Dekabr 2015
100 Ölkə
Ölkə mətbuatı
A- A+

Hadisə düşmənlə döyüş toqquşması zamanı baş verib

Dekabrın 14-də qoşunların təmas xəttində düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Rəhimli Nihad İltifat oğlu həlak olub.

 

Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir!


Müdafiə Nazirliyi bildirir ki, qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət bütünlüklə Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR