Nardaranda küçələrin təmirinə başlanılıb

10:37 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Cəmiyyətin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, yenidən qurulan küçənin uzunluğu 2 220 metr, ortalama eni isə 8 metrdir. Təmir-tikinti işləri çərçivəsində yolun genişləndirilərək 18 metrə çatdırılması nəzərdə tutulub. Hazırda bu məqsədlə söküntü işlər aparılır. Söküntü aparılan hissələrdə yeni hasar tikilir, yol yatağı bərkidilir, kommunikasiya xətləri yolun hərəkət hissəsindən kənara çıxarılır.
Layihəyə uyğun olaraq nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədi ilə Abşeron küçəsi hər biri 3,5 metr enində olmaqla, 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların da rahatlığı nəzərə alınaraq, hər iki istiqamət üzrə yolun kənarlarında 1,25 metr enində səkilər tikiləcək, 4 500 paqon metr səki daşı düzüləcək, 40 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.
Analoji işlər qəsəbənin Nəsrulla Əsgərov küçəsində də aparılması nəzərdə tutulub. Küçənin uzunluğu 780 metr, ortalama eni 6 metrdir. Bu küçənin də genişləndirilərək 14 metrə çatdırılması planlaşdırılır. Layihəyə uyğun olaraq küçə hər biri 3,0 metr enində olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Piyadaların rahat və təhlükəsiz hərəkəti üçün hər iki istiqamət üzrə yolun kənarlarında 1,0 metr enində səkilər tikiləcək, 1 500 paqon metr səki daşı düzüləcək, 11 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək, işıqlandırma sistemləri qurulacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/nardaranda-kucelerin-temirine-baslanilib1

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR