"Şah Qacar" tamaşasının yaradıcı heyəti ilə görüş keçiriləcək

"Şah Qacar" tamaşasının yaradıcı heyəti ilə görüş keçiriləcək
10:37 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Yazıçı-dramaturq Əli Əmirlinin Akademik Milli Dram Teatrının səhnəsində tamaşaya qoyulan "Şah Qacar" əsəri müəllim və şagirdlərin müzakirəsinə çıxarılacaq. 
"Report" xəbər verir ki, tamaşanın müzakirəsi dekabrın 16-da Bakıda fəaliyyət göstərən Ankara Liseyində keçiriləcək. 
Bir müddət əvvəl liseyin şagirdləri Akademik Milli Dram Teatrının səhnəsində "Şah Qacar" əsərinə tamaşa ediblər. Məktəbin müəllim və şagird heyəti "Məktəb və Teatr" layihəsi çərçivəsində tamaşanın müzakirəsini keçirməyi qərara alıb.
Tədbirdə tamaşanın yaradıcı heyəti-quruluşçu rejissor, xalq artisti Azərpaşa Nemət, dramaturq Əli Əmirli, Şah Qacar obrazını yaradan xalq artisti Fuad Poladov, Laləzar Mustafayeva, əməkdar artist Sabir Məmmədov, Elşən Rüstəmov və başqalarının iştirakı gözlənilir.
"Şah Qacar" tamaşasının yaradıcı heyəti liseyin müəllim və şagirdlərinin suallarına cavab verəcək, tamaşadan parçalar nümayiş etdiriləcək. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/sah-qacar-tamasasinin-yaradici-heyeti-ile-gorus-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR