Şəmkirdəki uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib

Şəmkirdəki uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib
10:43 15 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Şəmkir, 15 dekabr, AZƏRTAC
Şəmkirdəki 4 saylı körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək, mövcud uşaq tərbiyə müəssisələrinin yenidən qurulması istiqamətində rayonda görüləcək işlərdən danışıb.
Valideynlər, uşaq bağçasının rəhbərliyi gənc nəslin tərbiyəsinə göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdikdən sonra lent kəsilib və iştirakçılar körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olublar.
Diqqətə çatdırılıb ki, 95 çarpayılıq bağçada uşaqların təlim-tərbiyəsi, fiziki və əqli inkişafı, istedad və qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması üçün hər cür şərait yaradılıb. Körpələr evi-uşaq bağçası lazımi avadanlıqlarla da təmin edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Semkirdeki_usaq_bagchasi_esasli_temirden_sonra_istifadeye_verilib-911264

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR