Azərbaycanda 600-ə yaxın usağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb

Azərbaycanda 600-ə yaxın usağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb
12:03 30 Dekabr 2014
71 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda sistemli preventiv tədbirlərin görülməsi nəticəsində bu günə qədər ölkə üzrə ümumilikdə 589, 2014-cü ildə isə 15 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu tədbirlər Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)” çərçivəsində reallaşıb.

Hazırda Azərbaycanda fəaliyyət göstərən 42 dövlət uşaq müəssisəsində 9903 şagird təlim-tərbiyə alır. Onlardan 3548 nəfər həmin müəssisələrdə gecələyir.

2013-2014-cü tədris ilində dövlət uşaq müəssisələrini 716 nəfər məzun bitirib. Onlardan 48 nəfər ali məktəblərə, 29 nəfər orta ixtisas, 91 nəfər isə ilk peşə-ixtisas təhsili müəssisələrinə daxil olub.

Son beş ildə uşaq evləri və internat məktəblərindən 3703 nəfər məzun olub. Onlardan 214 nəfər ali təhsil, 152 nəfər orta təhsil, 482 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Ali təhsil müəssisələrinə qəbul olan məzunlardan 2 nəfər 600-dən çox, 12 nəfər 500-600 arası, 18 nəfər isə 400-500 arası bal toplayıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2348968.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR