Keçən ay axtarışda olan 388 nəfər Azərbaycandan çıxmaq istəyərkən tutulub

10:57 15 Dekabr 2015
12 Sosial
Ölkə mətbuatı
A- A+

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 17 nəfər, Xəzər dənizində 29 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 388 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 9 halda 2 kiloqram 445 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Noyabrın 12-də "Astara" sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədov Emil Hidayət oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı AZ 90-GD-883 dövlət qeydiyyat nömrəli avtomaşının salonundan 2 kq 200 qram heroin aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində 52 halda ümumi dəyəri təqribən 383 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd tapança, 2 ədəd tüfəng, 78 ədəd patron, 1 ədəd pnevmatik tapança, 6920 ədəd pirotexniki vasitə, 10 507 qutu siqaret, 61 400 ABŞ dolları, 18 540 Azərbaycan manatı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR