SOCAR: “Boots&Coots” şirkətinin yanğının söndürülməsində istifadə edəcəyi avadanlıqlar 10 nömrəli özülə çatdırılıb

11:03 15 Dekabr 2015
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, Nihad Budaqov, AZƏRTAC
“Boots&Coots” şirkətinin mütəxəssisləri “Günəşli” yatağının 10 nömrəli dərin dəniz özülündəki yanğının söndürülməsi ilə əlaqədar plan hazırlayıblar. Həmin şirkətə məxsus avadanlıqlar gəmilərlə özülə çatdırılıb və hazırda bu qurğuların boşaldılması işi aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində yaradılan qərargahdan məlumat verilib. Bildirilib ki, hazırda həm “Neft daşları” neft və qazçıxarma idarəsinin ərazisində itkin düşmüş 3 neftçinin, həm də “Günəşli” yatağındakı 10 nömrəli özüldəki qəza nəticəsində itkin düşmüş 23 neftçinin axtarışları davam etdirilir. Axtarışlara Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, 3 helikopteri və bir dənizə enə bilən “B-200ÇS” təyyarəsi cəlb olunub. Bundan başqa, Dövlət Sərhəd Xidmətinin 2 və SOCAR-ın 1 gəmisi axtarışlar aparırlar. Həmçinin, Dövlət Sularda Xilasetmə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin 65 nəfərə yaxın canlı qüvvəsi də sahilboyu müşahidə işləri aparırlar. Yanğının söndürülməsinə isə hazırda 6 gəmi cəlb olunub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_Boots_ampCoots_sirketinin_yanginin_sondurulmesinde_istifade_edeceyi_avadanliqlar_10_nomreli_ozule_chatdirilib-911277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR