Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 544 kiloqramdan çox narkotik vasitə məhv edilib

11:18 15 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 544 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddə və onların prekursorları dekabrın 15-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına Maşınqayırma Zavodunda məhv edilib.
AZƏRTAC xəbər verir ki, narkotiklərin məhv olunması prosesində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.
Bildirilib ki, bu gün 236 məhkəmə hökmü ilə müsadirə edilən, barəsində məhvetmə qərarı çıxarılan 544 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə (273 kiloqram 527 qram marixuana, 153 kiloqram 655,976 qram tiryək, 81 kiloqram 350,001 qram heroin, 35 kiloqram 680,29 qram həşiş qətranı, 336,759 qram psixotrop maddə və 2657 ədəd çətənə bitkisi) yandırma üsulu ilə məhv edilib.
Qeyd edilib ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı Dövlət Komissiyasının işçi qrupu aidiyyəti qurumlarla birgə bir sıra qabaqlayıcı profilaktiki tədbirlər həyata keçirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR