Türkiyədə keçmiş deputat həbs edildi

Türkiyədə keçmiş deputat həbs edildi
11:44 15 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyədə Fətullah Gülən terror təşkilatına üzv olmaqda təqsirli bilinən keçmiş deputat həbs edilib. Lent.az “Cihan” xəbər agentliyinə istinadən məlumat verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçmiş deputatlarından olan İlhan İşbilənin də daxil olduğu 4 nəfər dünən Ankara məhkəməsinə gətirilib. Növbətçi hakimin sədrlik etdiyi məhkəmə onların hamısının həbs edilməsinə qərar verib.

 

Məhkəmə onların dəlillərə ziyan vuracağı və ya məhkəmədən yayına biləcəklərini əsas gətirərək belə bir qərar verib.

 

Qeyd edək ki, İ.İşbilen AKP-nin mövqelərinin nisbətən zəif olduğu İzmirdən deputat seçilmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR