Çin Azərbaycana kommunal maşınlar göndərib

Çin Azərbaycana kommunal maşınlar göndərib
12:02 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Hunan əyalətinin inzibati mərkəzi olan Çanşada Çin hökuməti tərəfindən Azərbaycana veriləcək 45 kommunal maşının göndərilmə mərasimi keçirilib.
"Report" "Sinhua"ya istinadən xəbər verir ki, ümumi dəyəri 20 milyon yuan, başqa sözlə 3,1 milyon ABŞ dollarından artıq olan maşınlar "Zoomlion" şirkəti tərəfindən istehsal olunub. Bu maşınlar zibildaşıyanlardan və kanalizasiya borularına xidmət üzrə avtomobillərdən ibarətdir.
Maşınlar əvvəlcə Şanxaya gətiriləcək, oradan isə dəniz yolu ilə Azərbaycana göndəriləcək. Bu marşrut vasitəsilə yüklərin çatdırılması vaxtı 45-60 gün olacaq.
Azərbaycanı kommunal maşınlarla təchiz etməklə "Zoomlion" şirkəti "İpək Yolu İqtisadi Kəməri"nin yaradılması təşəbbüsünə dəstək verdiyini və bu layihədə iştirak etmək istədiyini göstərib. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/cin-azerbaycana-kommunal-masinlar-gonderdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR