Azərbaycan qadınları ölkədə həyata keçirilən bütün möhtəşəm layihələrdə fəal iştirak edirlər

Azərbaycan qadınları ölkədə həyata keçirilən bütün möhtəşəm layihələrdə fəal iştirak edirlər
12:08 15 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Tacikistan Respublikasının Hökuməti yanında Ailə, Qadın məsələləri üzrə Komitəsinin sədri Maxfirat Xidirzoda ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş zamanı H.Hüseynova bildirib ki, Azərbaycan qadınları ölkədə həyata keçirilən möhtəşəm layihələrdə fəal iştirak edirlər. Azərbaycanda qadın hüquqlarının qorunması, onların iqtisadi müstəqilliyinin artırılması, dövlət siyasətinin həyata keçirilməsində rolunun güclənməsi istiqamətində mühüm addımlar atılıb. H.Hüseynova qeyd edib ki, qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev 2000-ci il martın 6-da “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman verib. Bu fərmandan sonra nazirlik, komitə və icra hakimiyyəti başçılarına qadınların rəhbər vəzifələrə irəli çəkilməsi tapşırılıb.
Bildirib ki, bu gün Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş verib. Ölkə rəhbərliyinin uğurlu dövlət idarəçiliyi, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar, dünya iqtisadi sisteminə sürətli inteqrasiya, düşünülmüş və balanslaşdırılmış xarici siyasət Azərbaycanın regionda lider dövlətə çevrilməsini şərtləndirir. Ölkəmizin sosial və siyasi inkişafı, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, yoxsulluğun ləğv olunması, davamlı iqtisadi inkişafa nail olunması, bütün sahələrdə gender bərabərliyinin təmin olunması Azərbaycan qadınlarının özünü reallaşdırması, eləcə də ictimai həyatın bütün sahələrində aktiv iştirakı üçün imkanlar yaradır.
M.Xidirzoda Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafında ölkə rəhbərliyinin rolunu yüksək qiymətləndirib. O, qadınların hüquqlarının önə çəkilməsi, onların tibbi və sosial xidmətlərdən istifadə imkanlarının yaxşılaşdırılması, gender zorakılığının aradan qaldırılması məsələlərinin qlobal səviyyədə və beynəlxalq forumlarda Azərbaycan rəhbərliyi tərəfindən dəstəklənməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, M.Xidirzoda dekabrın 16-da Bakıda “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_qadinlari_olkede_heyata_kechirilen_butun_mohtesem_layihelerde_feal_istirak_edirler-911298

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR