“Lokomotiv” voleybol klubu turnir cədvəlində liderliyə yüksəlib

“Lokomotiv” voleybol klubu turnir cədvəlində liderliyə yüksəlib
12:08 15 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Qadın voleybol komandalar arasında Azərbaycan Super Liqası yarışlarının ikinci dövrəsinin ikinci turu çərçivəsində bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən “Lokomotiv” komandası liqada müsabiqədən kənar çıxış edən Gürcüstanın “Tbilisi” klubunu qəbul edib.
Azərbaycan təmsilçisinin üstünlüyü şəraitində keçən görüşdə “Lokomotiv” komandası 3:0 hesabı ilə qalib gəlib.
Hazırda turnir cədvəlinə 16 xalla “Lokomotiv” klubu liderlik edir. Hesabında 14 xal olan “Azəryol” və “Telekom” komandaları ilk üçlüyü tamamlayırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lokomotiv_voleybol_klubu_turnir_cedvelinde_liderliye_yukselib-911301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR