Nazir müavini: Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz tam icra ediləcək

Nazir müavini: Dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz tam icra ediləcək
12:23 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Vergilər Nazirliyi 2015-ci ilin dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnozu tam icra edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin birinci müavini Natiq Əmirov deyib.

Onun sözlərinə görə, 11 ayın nəticələrinə əsasən Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,5 milyard manat daxil olub ki, bu da proqnoza uyğun gəlir.

Daxilolmaların 70 faizi qeyri-neft sektorunun hesabına formalaşdırılıb.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR